RSS

Bütöv Azərbaycan ülküsünü xalq hərəkatına çevirək!

01 Fev

Azərbaycan bayrağı (2)Bəşəriyyətin qədim sivilizasiyalarından birinə məskən olmuş Azərbaycan coğrafiyası bizim Vətənimiz olduğu üçün xoşbəxtik. Doğrudur bu mənada özünü şanslı saymayanlar da var. Biz dedikdə, qədim türk ölkəsi olan bu məmləkətin (Azərbaycan) əzəli sakinləri türk ulusunun əzəli, özəyi azərləri və bizimlə birlikdə yüzillərdir dostluq və barış içərisində yaşayan etnik qrupları nəzərdə tuturam. Və bütünlükdə biz “azərbaycanlı” adlanırıq.

Dünya “Azərbaycan” və “azərbaycanlı” anlayışını Azərbaycan Respublikası və onun əhalisi kimi bilir, tanıyır, qəbul edir. Burada dünyanı günahkar hesab etmək yersiz və haqsızlıq olar. Ona görə ki, biz özümüzü dünyaya belə təqdim etmişik. Dünya bir yana… Biz özümüz Azərbaycan Respublikasında “Azərbaycan” və “azərbaycanlı” sözlərini elə bu sərhədlərdə dərk edirik. Müstəqil Azərbaycan Respublikası məmləkətimizin quzey-doğusunda bağımsızlığını elan etmiş hissəsidir. Halbuki, şüurumuzdakı sərhədlərdən və ölkə ərazisini əhatələmiş tikanlı məftillərdən dördbir yana genişlənən, neçə-neçə dağları, çayları, qalaları, körpüləri, abidələri və daha nələri ötüb keçən Azərbaycan var. Ulularımızın Yolumuzu gözləyən müqəddəs ruhlarının məskən olduğu dağları, yağılar qarışqa kimi üstümüzə gələndə ərənlərin kürəyini dayadığı qalaları, eli-elə bağlayan körpüləri, keçmişimizin həkk olunduğu abidələri bizə hər vəchlə unutdurmağa çalışdılar və biz də unutduq. Həm də axı bu millətə bunları xatırlamağa imkan vermədilər. Hiyləgər farslardan sonra vəhşi ərəblərin etmədikləri qalmadı. Sonra monqollar… Və daha kimlərin yolu düşdü bu məmləkətdən… Bir xeyli müddət öz yurdumuza özümüz də yiyə durduq. Və son iki yüzil… Ruslar gəldi və özləri ilə yeri-yurdu bəlli olmayan hayları (erməniləri) da səfalı diyarlarımıza “qonaq” gətirdilər. O vaxtdan bu yana olmazın müsibətlərdən sonra rusları yola salsaq da, haylardan yaxa qurtara bilmədik. Nə isə bütün bunlar hamımıza məlumdur. Bəs bizim problemimiz nədir?!

Whole_Azerbaijan_map (1)Yuxuya getdiyimiz iki yüzildə neçə kərə oyandıq, amma heyf biz günə başlamadan qaranlıq çökdü. Sonra yaramıza duz basdılar. Qarabağ yuxumuzu ərşə çəkdi. Bağrımıza basdığımız Bayrağımızı başımızın üstünə qaldırdıq. Bizə dost kimi sırınıb, yetmiş il müharibəyə hazırlaşan düşmənlərimizlə torpaqlarımız uğrunda qeyri-bərabər savaşa girdik. Beləliklə, XX-ci yüzilin əvvəllərində Məmməd Əmin Rəsulzadənin silahdaşları ilə birgə başladığı, məlum səbəblərdən yarıda qalan, onlar tərəfindən bizə miras olaraq ötürülən Yola yolbayımız Əbülfəz Elçibəylə davam etdik. Hansı ki, bu Yol bizi azad, bütöv, demokratik Azərbaycana qovuşduracaqdır.

Bu gün Bütöv Azərbaycan bir ideyadır (hazırda azərbaycanlıların yaşadığı və tarixən əsasən azərbaycanlılar yaşamış ərazilərin birləşdirilməsini nəzərdə tutan irredentist ideya). Bu ideyanın gerçəkləşməsi, tarixi torpaqlarımızın bütünləşməsi isə Azərbaycan xalqının iradəsindən asılıdır.

Bütöv Azərbaycan haradır?

Bütöv Azərbaycan

Bütöv Azərbaycan

Bütöv Azərbaycan ərazisinə indiki Azərbaycan Respublikası və tarixən azərbaycanlıların yaşadığı, indisə Ermənistan ərazisi olan quzey-batı (şimal-qərbi) Azərbaycan tam şəkildə, İranın Araz çayından Həmədan, Ərak, Qumadək, İsfahanın bir qismi (Güney Azərbaycan), Gürcüstanın (Aşağı Kartli tam olaraq və Kaxetiyanın bir hissəsi), Rusiyanın (Dağıstanın cənubu) və İraqın bir hissəsi (Kərkük) daxildir. Bir məqamı da nəzərinizə çatdırım ki, bir çox mənbələrdə Azərbaycanın tarixi torpaqlarının bu qeyd edilən ərazilərdən daha geniş (Tehran da daxil olmaqla Kəngər körfəzinədək) olduğunu tutarlı dəlillərlə  göstərirlər.

1813 və 1828-ci illlərdə Azərbaycan Qacar Dövləti (indiki İran) və Rusiya arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə əsasən, tarixi torpaqlarımız iki hissəyə bölündü.

1813-1828-ci illərə qədər Azərbaycan dövlətlərinin sahəsi- təxm. 410 min kv.km. 1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Güney Azərbaycan- sahəsi təxm. 280 min kv.km. Rusiya əsarəti altındakı Quzey Azərbaycan- sahəsi təxm. 130 min kv.km. 1918-ci ildə Rusiya təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı- sahəsi 9 min kv.km. Rusiya əsarəti altındakı Dərbənd xanlığı- sahəsi 7 min kv.km. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazinin sahəsi- təxminən 114 min kv.km. 1920-ci ildə ADR-i işğal edən rus Sovet imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən (Gürcüstan Sovet Sosialist Respublikası) Borçalı- birlikdə sahəsi: təxm. 27,4 min kv.km. 1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi- 86,6 min kv.km.Azərbaycanın 1988-1994-cü illərdə işğal edilmiş əraziləri (Cəmi: 13,210 kv.km.): Keçmiş Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə).

Respublikamızın şimal-şərqindəki Dərbənd bölgəsində 200 minə yaxın, şimal-qərbindəki tarixi Borçali mahalının şimalında 500 minə yaxın, cənub-qərbində Türkiyə Cümhuriyyətinin Qars, İğdır, Ərdahan və digər bölgələrində 4 milyona yaxın, tarixi ərazilərimizin böyük hissəsi Arazın o tayında fars müstəmləkəçiliyinin caynağına keçmiş, açıq şəkildə təhqir və təzyiqlərə, assimiliyasiya siyasətinə məruz qalan 40 milyondan çox, İraqın şimalında yerləşən Kərkükdə isə 3 milyon soydaşımız yaşayır.

Bu gün münaqişədə olduğumuz ermənilər (haylar) Azərbaycanın tarixi torpaqları hesabına iki qondarma dövlət qurmuş və bu torpaqlardan soydaşlarımızı deportasiya etmişlər.

Bəs xalqımız bu ülküyə nə qədər bağlıdır?!

Azərbaycanın bütövlüyü uğrunda Azərbaycan Respublikasında, Güney Azərbaycanda, Borçalıda, Kərkükdə və müxtəlif xarici ölkələrdə siyasi, mədəni müstəvidə fəaliyyət göstərən, bu ideyanı təbliğ edən təşkilatlar, siyasi partiyalar, içtimai birliklər mövcuddur.

Azərbaycanın güneyində bu ülkününün daşıyıcıları olan əsas qüvvə gənclərdir. Azərbaycanın quzeyində baş verənlərin güneyə təsiri orada milli oyanışın yaranmasına səbəb oldu. Fars rejiminin günü-gündən artan təqib və təyziqlərinə rəğmən qurtuluş istəyi günü-gündən alovlanmaqdadır.

Respublikamızda əhalinin yaşlı və həmçinin orta yaşlı nəsli az-çox Bütöv Azərbaycan barədə bilgiyə sahibdirlər, lakin biganədirlər. Onlar üçün bu məsələnin aktuallığı çox zaman yalnız Azərbaycan Respublikasının işğal edilmiş ərazisi olan Qarabağla məhdudlaşır. Halbuki, onlar yeni nəslə bu ideyaları aşılayıb, onları tərbiyə etməlidirlər.

Gəncliyə gəldikdə isə (elə əsas olan da budur)… Aktiv gənclərimiz kifayət qədərdir. Onların arasında ictimai-siyasi məsələlərə maraq göstərənlər də az deyil. Ümumi gəncliyə nəzər yetirdikdə isə milli məsələlərə önəm verən kəslər olduqca azdır. Məncə bunun da xeyli səbəbləri var. Maariflənmə problemi, güzaran dərdi, telekanallarda ancaq şou görən gənclikdə əlbət dediyimiz problemlər mütləq olacaq. Bu durumumuz isə günümüzdə çox acınacaqlıdır.

AZƏRBAYCANA QARŞI “QIRMIZI KÜRDÜSTAN” İDDİASI

AZƏRBAYCANA QARŞI “QIRMIZI KÜRDÜSTAN” İDDİASI

Biz sadəcə keçmişimizlə öyünüb, əlimizi-qolumuzu tərpətmədikcə vəziyyətimiz ağırlaşır. Torpaqlarımızda peyda olmuş haylarla (ermənilərlə) aramızda əzəli yurd-yuvamız olan Qarabağ uğrunda qanlı münaqişələr davam edir. İyirmi min şəhid verdiyimiz, hələ davam edən son savaşın səngiməsindən 20 il keçməyib və bu gündə cəbhədə gərginlik, bitməyən diplomatik çəkişmələr, informasiya müharibəsi və s. Hələ bütün bunlara baxmayaraq separatçı kürdlərin Qarabağ ərazisinə əsassız iddiaları var. Doğrudur nə qədər gülünc hal doğursa da, bu onların absurd istəyidir. Son zamanlar Şimali İraqda qurulan qondarma Kürdüstan höküməti özlərinin televiziyasında və mətbuu orqanlarında “Böyük Kürdüstan” xəritəsini təbliğ edərək Güney və Quzey Azərbaycan ərazilərinin bir çox hissəsini tarixi kürd torpaqları kimi təqdim edirlər.

Həmin xəritədə Urmiya, Sulduz, Qoşaçay, Salmas, Xoy, Maku, Naxçıvan və Qarabağın Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və indiki Ermənistan adlanan tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur və Vedibasar bölgələrini “Kürdüstan” əraziləri olduğunu idia edirlər. İran kürdlərin Güney Azərbaycan ərazisinə köçürülməsi istimqamətində fəal siyasət yürüdür.

Baxın, ermənilər və kürdlər əsassız “Böyük Ermənistan” və “Böyük Kürdüstan” iddiasında olarkən, biz yad tapdağında qalmış yurd-yuvamıza sahib çıxa bilmirik.

Bütün bunlar bizim gələcəkdə üzləşə biləcəyimiz çətinliklərdən, fəlakətlərdən xəbər verir. Necə ki, indi torpaqlarımızda iki erməni dövləti yaradıldı. Və bu gün də digər düşmənlərimiz xaricdən güc alaraq bunları təkrar etmək niyyətindədirlər.

Əslində biz xalqımızı səadətə qovuşduracaq, ərslərlə davam edən, lakin yarım qalmış Yolun yolçusu olmalıyıq. Azərbaycanı yenidən Yer kürəsində mövqeyə sahib edən kəslərin Vətənimizin gələcəyi üçün etdikləri böyük arzuları həyata keçirmək, onların bizə göstərdiyi etimadı doğrultmaq üçün çalışmalıyıq. Bir zamanlar bütün bunları nəzərə alan M.Ə.Rəsulzadə Azərbaycan gəncliyinə müraciət edərək demişdi: ”Ey Gənclik! Ey Türk gəncliyi! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq, bir daha enməz! Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!”.

Bütün bunlar hər bir qeyrətli Azərbaycan gəncini düşündürməli, onu bu ideyalar uğrunda mübarizəyə səsləməlidir. Ən ümdə arzumuz olan Bütöv Azərbaycan yükünü biz üzərimizə almalı və tarixi zərurəti biz hazırlamalıyıq. Bu ideyanın daşıyıcısı olmalı və təbliğ etməliyik.

Sonda bu yazıda Sizlərə çatdırmaq istədiyim fikri bir-neçə cümlə ilə tamamlayıram.

Parçalanmış Azərbaycan ilk öncə ideya olaraq bütün Azər xalqının şüurunda bütövləşməlidir. Ancaq bundan sonra bölünmüş Vətənimizi bütöv məmləkət, vahid dövlət olaraq görmək arzumuz öz məntiqi sonuna çatacaqdır. Beləliklə, Bütöv Azərbaycan ülküsünü xalq hərəkatına çevirək!

Əbülfəz Elçibəyin “Bütöv Azәrbaycan Yolunda” kitabı(pdf formatı)

7721224 btvaz601rbaycan1sh8

Dərbənd qalası

Dərbənd qalası

Borçalı

Borçalı

Qars

Qars

Kərkük

Kərkük

İrəvan

İrəvan

Təbriz

Təbriz

Savalan dağı

Savalan dağı

İranın müstəmləkəçilik siyasəti

İranın müstəmləkəçilik siyasəti

19 yanvar 1990-cı il saat 11:20-də SSRİ ilə İran arasında olan Astara çayı üzərindəki qapını açdılar. Bu qapı iki ölkə arasında sərhəd hesab olunurdu. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra ilk dəfə idi ki, sərhəd qapısı açılırdı.

19 yanvar 1990-cı il saat 11:20-də SSRİ ilə İran arasında olan Astara çayı üzərindəki qapını açdılar. Bu qapı iki ölkə arasında sərhəd hesab olunurdu. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra ilk dəfə idi ki, sərhəd qapısı açılırdı.

575830_585304428157318_166689426_n

Türkmənçay müqaviləsinin imzalanma mərasimi

Türkmənçay müqaviləsinin imzalanma mərasimi

993405_649911585029935_2143313572_n

 
3 Şərh

Müəllif Açıq 01 Fevral 2014 in Məqalələr

 

Etiketlər: , , , ,

Bütöv Azərbaycan ülküsünü xalq hərəkatına çevirək!” üçün 3 cavab

  1. Sami

    10 Yanvar 2021 at 12:01

    Salam. İsfahan , Şiraz ,lorustan ,Kirman

     
  2. Sami

    10 Yanvar 2021 at 12:01

    Salam. İsfahan , Şiraz ,lorustan ,Kirman

     
  3. Sami

    10 Yanvar 2021 at 12:02

    Salam.İsfahan .Şiraz ,Lorustan Kirmanşah Cənubi Azerbaycana aiddirmi ?

     

Bir şərh yazın